#30 günlük vizasız rejim: Səudiyyə Ərəbistanı ilə mühüm razılaşma

Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları 15 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasına vizasız gəliş hüququ əldə ediblər. Yeni qaydalara görə, güzəşt müddəti ərzində Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycana viza almadan üç dəfə giriş edə bilərlər. Hər giriş zamanı ölkə ərazisində qalma müddəti 30 günə qədər müəyyən edilib. Bu qərarın iki ölkə arasında həm turizm, həm də biznes əlaqələrinin daha da genişlənməsinə stimul verəcəyi gözlənilir.