#Şiə coğrafiyasında inamsızlıq: İranın ABŞ-la gizli və aşkar razılaşmaları nələrə yol açır?

Artıq bir müddətdən çoxdur ki, İran ətrafında cəriyan edən proseslər beynəlxalq ictimaiyyətin önəmli gündəm mövzusuna çevrilib. ABŞ-İran hərbi qarşıdurması ehtimalı ilə bağlı dolaşan söz-söhbətlər nəinki ABŞ-nin Avropadakı müttəfiqlərini, hətta Yaxın Şərqin aparıcı ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliləri və Türkiyəni ciddi şəkildə narahat edir.