Filmoskop rubrikasında bu dəfə dünya miqyasında bestsellerə çevrilmiş Kolin Huverin eyniadlı romanı əsasında çəkilmiş "It Ends with Us" (Bizimlə bitir) filmini linza altına alırıq. Bu ekran işi sadə bir sevgi hekayəsi deyil, nəsillərarası travmalar, məişət zorakılığı və bir qadının öz taleyini yenidən yazmaq cəsarəti haqqında dərin bir dramdır.