#Tramp və yadplanetlilər: Ağ Ev tezliklə Kainatda tək deyilik elan edəcəkmi?

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın podkastların birində yadplanetlilərin mövcudluğu ilə bağlı verdiyi bəyanat böyük səs-küyə səbəb olduqdan bir neçə saat sonra, o, bir bəyanat yayaraq onların varlığına dair heç bir sübut görmədiyini aydınlaşdırıb. Həftəsonu amerikalı aparıcı Brayan Tayler Koen ilə söhbət zamanı, qısa sual-cavab turunda Obamanın yadplanetlilərin varlığını təsdiqləmişdi. "Yadplanetlilər realdırmı?" sualına Obama belə cavab vermişdi: "Onlar realdır, lakin mən onları görməmişəm."