#Nüvə obyektlərinin bombalanmasından sonra ilk böyük sınaq: Cenevrə dialoqu

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında çərşənbə akşamı Cenevrədə başlaması planlaşdırılan danışıqlarda "dolayı yolla" iştirak edəcək. AzerVoice xəbər verir ki, o Tehranın saziş əldə etmək istədiyinə inandığını əlavə edib. "Mən həmin danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edəcək".-deyə, Tramp ABŞ-ın "Air Force One" prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.