#AzerVoice: Fiva şəhərində firon Tutanxamunun məzarı açılıb

1923-cü il fevralın 16-da Misirin Fiva şəhərində ingilis arxeoloqu Hovard Karter qədim Misir hökmdarı Tutanxamunun möhürlənmiş dəfn kamerasını açaraq dünya tarixinə düşüb. Bu kəşf Misir fironlarının "Tanrı" kimi qəbul edildiyi və axirət dünyası üçün zəngin xəzinələrlə dəfn edildiyi qədim mədəniyyətin ən mühüm sübutu hesab olunur.