#Stanford Universiteti araşdırması

Stanford Universitetinin həyata keçirdiyi yeni araşdırma yaşlanmanın hər il eyni tempdə irəliləyən yavaş bir proses olmadığını, əksinə, 44 və 60 yaşlarında baş verən iki böyük bioloji dəyişiklik dalğası ilə reallaşdığını ortaya qoyub. Yaşlanma prosesini molekulyar səviyyədə araşdıran elm adamları insan bədəninin müəyyən dövrlərdə sanki "vites böyütdüyünü" kəşf ediblər. 25-75 yaş arası 108 könüllüdən alınan minlərlə bioloji nümunə (RNT, zülallar və mikrobiomlar) üzərində aparılan tədqiqat yaşlanma əlamətlərinin məhz bu iki kritik yaşda zirvəyə çatdığını göstərib. Araşdırılan molekulların 81%-i bu iki yaş dövründən ən azı birində radikal dəyişikliklərə məruz qalır.