Məktəb təhsilinin bitməsinə, iki il qalmış təhsilini yarımçıq qoyaraq qalan hissəni İstanbul Özəl İstiqlal Liseyində tamamladı və 15 avqust 1926-cı ildə məzun oldu. İstanbul Darülfünun Tibb Fakültəsinin birinci kursunu bitirdikdən sonra 12 iyun 1929-cu ildə təhsilini yarımçıq qoyaraq əvvəlcə Fransaya, sonra isə İsveçrəyə getdi və Lozanna Universitetində tibb təhsilini başa vurdu. Lozanna klinikalarında daxili xəstəliklər üzrə ixtisaslaşaraq mütəxəssis oldu. 1937-ci ilin mayında Kiprə qayıdaraq Lefkoşada həkim kimi fəaliyyət göstərməyə başladı.
#Rauf Denktaş və Kiprdə federativ model təcrübəsi
Kipr Türk xalqının ilk dəfə dövlət quruculuğu təcrübəsi qazandığı siyasi qurum – Kipr Türk Federe Dövləti – 13 fevral 1975-ci ildə elan edilib. 1974-cü il hadisələrindən sonra formalaşan yeni siyasi reallıq çərçivəsində Kipr Türk tərəfi çoxpartiyalı parlament sisteminə keçid və federativ əsasda idarəetmə modelinin qurulması istiqamətində addımlar atıb. Bu proses 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyətinin elanına qədər davam edən dövlətçilik mərhələsinin əsasını təşkil edib.