#STEAM

Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər. Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar. Mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.