Azərbaycanda müstəqil qiymətləndirmə fəaliyyətində yeni istiqamətlərin tətbiqi müzakirə olunur. Bu çərçivədə əməyin dəyərinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması gündəmdədir. Rüfət Əliyevin sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan mövcud 9 istiqamət çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı formada əksini tapa bilər. O qeyd edib ki, əməyin dəyəri klassik qiymətləndirmə yanaşmaları — bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilə bilər.