#Suriya və Səudiyyə arasında strateji sazişlər paketi imzalandı

Suriya ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkənin əsas infrastrukturunun yenilənməsi məqsədi ilə mühüm razılaşmalar əldə olunub. Suriya Prezidenti Əhməd əş-Şəraanın himayəsi altında Dəməşqdə keçirilən rəsmi mərasimdə iki ölkə arasında aviasiya, infrastruktur, su təsərrüfatı, təhsil və rabitə sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq sazişləri imzalanıb.