Türkiyədə Milli texnoloji müstəqillik ideyasının formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri olan Özdemir Bayraktarın həyat və mübarizə yolu ilk dəfə genişmiqyaslı sənədli film formatında ictimaiyyətə təqdim olunub. Baykar şirkətinin təsisçisi, mərhum Özdemir Bayraktarın həyat hekayəsindən bəhs edən “Özdemir Bayraktar, Bu Dünyadan Bir Akıncı Keçdi” adlı sənədli film yayımlanıb.