#Amerika kapitalizminin şüarı necə yarandı?

XX əsrin əvvəllərində ABŞ-ın iqtisadi və siyasi kursunu ifadə edən ən məşhur tezislərdən biri “ABŞ-nin işi biznesdir” fikri olub. Bu ifadə ABŞ-ın 30-cu prezidenti Kalvin Kulicə məxsusdur və sonradan Amerika kapitalizminin qeyri-rəsmi ideoloji şüarına çevrilib. Kulic bu fikri 1925-ci ildə, sənaye və maliyyə elitası qarşısında etdiyi çıxışda səsləndirib. Onun yanaşmasına görə, ABŞ cəmiyyətinin əsas hərəkətverici qüvvəsi dövlət deyil, özəl sektor, sahibkarlıq təşəbbüsü və bazar mexanizmləridir.