#Avrokomissar: İsrailə qarşı sanksiyalar variantı aktualdır

Avropa Komissiyasının üzvü, bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissar Hacə Ləxbib sanksiyalar variantının hələ də gündəmdə olduğunu bildirib.Hacə Ləxbib Anadolu agentliyinə açıqlamasında 2025-ci ilin oktyabrında elan edilən atəşkəsə baxmayaraq, İsrailin hücumları nəticəsində 500-dən çox mülki şəxsin həlak olduğunu qeyd edib. O, sülh planının tam şəkildə qəbul edilməsinin və davamlı atəşkəs rejiminin təmin olunmasının vacibliyini vurğulayıb.