#Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə qalır

Avropa Komissiyasının üzvü, bərabərlik, hazırlıq və böhranların idarə olunması üzrə komissar Hacə Ləxbib sanksiyalar variantının hələ də gündəmdə olduğunu bildirib.Hacə Ləxbib Anadolu agentliyinə açıqlamasında 2025-ci ilin oktyabrında elan edilən atəşkəsə baxmayaraq, İsrailin hücumları nəticəsində 500-dən çox mülki şəxsin həlak olduğunu qeyd edib. O, sülh planının tam şəkildə qəbul edilməsinin və davamlı atəşkəs rejiminin təmin olunmasının vacibliyini vurğulayıb.