#Suriya hökumətinin irəliləyişi: terrorla mübarizə legitimliyinin zəifləməsi

Suriya hökumətinin “Suriya Demokratik Qüvvələri”nə qarşı başladığı əməliyyatlar ölkənin şimal və şərqində nəzarət xəttinə qısa müddətdə təsir göstərən strateji dönüş kimi qiymətləndirilir. Son günlər beynəlxalq media və regional şərhçilər bu prosesin yalnız hərbi deyil, eyni zamanda siyasi-diplomatik və ictimai amillərin üst-üstə düşməsi nəticəsində sürətləndiyini bildirirlər.