#Altay tankı

Ankarada keçirilən təntənəli mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan "Altay" tanklarının seriya istehsalına başlanıldığını bəyanladı, "BMC Defense" korporasiyasına məxsus zavodun açılışını etdi. O zaman səslənən bir cümlə yeni dövrün simvoluna çevrildi: “Biz elə bir Türkiyə qururuq ki, onun ardınca gedirlər - yoxsa başqalarının ardınca gedən Türkiyə yox”. Ankarada keçirilən təntənəli mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan "Altay" tanklarının seriya istehsalına başlanıldığını bəyanladı, "BMC Defense" korporasiyasına məxsus zavodun açılışını etdi. O zaman səslənən bir cümlə yeni dövrün simvoluna çevrildi: “Biz elə bir Türkiyə qururuq ki, onun ardınca gedirlər - yoxsa başqalarının ardınca gedən Türkiyə yox”.

Türkiyədə ALTAY Döyüş Tankının ardıcıl istehsalına başlanıb və ilk çatdırılmaları Türk Silahlı Qüvvələrinə həyata keçirilib. Yerli güc qrupu üzərində test və inkişaf işləri isə intensiv şəkildə davam edir. ALTAY tankının ilkin istehsalı Cənubi Koreyadan tədarük edilən güc qrupu ilə həyata keçirilib. Proyekt çərçivəsində 85 tank bu güc qrupu ilə hazırlanacaq və sonradan tamamilə yerli güc qrupuna keçid planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kahramankazan rayonunda keçirilən BMC Ankara Tank və Yeni Nəsil Zirehli Texnika İstehsal Zavodunun açılışı və ilk ALTAY tanklarının təhvil verilməsi mərasimində çıxış edib. Prezident Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində qazandığı uğurların milli iradənin və mühəndislik gücünün nəticəsi olduğunu bildirib. O, ALTAY tankı layihəsinin Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinin simvoluna çevrildiyini vurğulayıb.

Türkiyə Prezidentliyi Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyə artıq tank və zirehli texnika istehsalında dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, 682 min kvadratmetrlik ərazidə inşa olunan yeni zavodda robotlaşdırılmış qaynaq sistemləri ilə ildə 96 “Altay” əsas döyüş tankı istehsal olunacaq. ALTAY Tankının Seriya İstehsal Zavodunun açılış mərasimində çıxış edən Görgün vurğulayıb ki, hər yeni istehsal müəssisəsi Türkiyənin müdafiə sənayesində tam müstəqilliyə atılmış möhür, hər yerli texnika isə xalqın iradə və əzm rəmzidir.

Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyətə malik olan ALTAY Ana Döyüş Tankının seriyalı istehsalı Ankarada yerləşən Uzay və Aviasiya ixtisaslaşmış sənaye zonasında (HAB) rəsmi olaraq başladı. Tankın istehsal prosesi və müəssisənin daxili ilk dəfə media kameralarına açıldı.Tankın istehsalını həyata keçirəcək BMC Savunma və yerli güc bloku BATUnu inkişaf etdirəcək BMC Power üçün qısa müddətdə müasir texnologiyalarla təchiz olunmuş zavod inşa edilib və artıq fəaliyyətə başlayıb.