#Bakı Müasir İncəsənət Muzeyi

bp böyük məmnuniyyətlə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə keçirilən “Neft bumu hamıya gülümsəyir” adlı mədəniyyət festivalına sponsorluq edir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.