#Dini etiqad azadlığı və uşaq hüquqları arasında balans

Son günlər baş verən hadisələr, bəzi şəxslərin hicab ilə və dini tərbiyə ilə bağlı səsləndirdikləri fikirlər bir məsələni aktual edir. Dindarların mədəniləşmə prosesində önəmli olan hüquqi biliklərin və hüquqi mədəniyyətin onların arasında güclənməsidir. Burada bilinməsi olan birinci məsələ Azərbaycan Konstitusiyasında, daha sonra isə “Dini etiqad azadlığı haqqında” Qanunda onların hüquqlarının ifadəsidir (AR Konstitusiyası, maddə 18; maddə 25; maddə 48).