Londonun bu bəyanatı İranın boğazdan keçən gəmilərdən rüsum alınması və ya müəyyən məhdudiyyətlər tətbiq edilməsi barədə irəli sürdüyü iddialara birbaşa cavabdır. Britaniya hökuməti beynəlxalq dəniz hüququna əsaslanaraq, tranzit keçidlərin suveren dövlətlər tərəfindən birtərəfli qaydada vergiyə cəlb edilməsinin və ya bloklanmasının qəbul edilməz olduğunu vurğulayır.
#Hörmüz boğazında gərginlik: ABŞ hərbi gəmiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında elan edilmiş hərbi təlimlər zamanı təhlükəsiz və peşəkar davranmağa çağırıb. AzerVoice xəbər verir ki, ABŞ tərəfi rəsmi bəyanatla çıxış edərək, manevrlər zamanı İran tərəfindən törədilə biləcək hər hansı qeyri-təhlükəsiz hərəkətə dözməyəcəyini kəskin şəkildə bildirib.