#Mərkəzi Bank və UnionPay arasında əməkdaşlıq memorandumu imzalandı

30 yanvar tarixində Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və Çin Xalq Respublikasının “UnionPay” ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub.