#İşçi qrupu sosial islahatlar üzrə hesabatı müzakirə edib

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun iclası keçirilib. Videokonfrans formatında keçirilən iclas Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” məqsədləri üzrə 2025-ci il ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabatın müzakirəsinə həsr olunub.