#Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı İrana qarşı əməliyyatlar üçün bağlıdır

Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı, ABŞ Prezidenti Donald Trampın İranı birbaşa hərbi zərbələrlə hədələdiyi bir şəraitdə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionun müharibə alovuna bürünməməsi üçün strateji diplomatik həmlə edib. AzerVoice xəbər verir ki, cümə günü BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, Əbu-Dabinin regionda "sabitlik daxılı" rolunu oynamaq əzmini nümayiş etdirir.