#Türkiye bölgesel istikrar için diplomasi vurgusu yaptı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində regional və ikitərəfli məsələlərə dair geniş açıqlamalar verib. Ərdoğan Türkiyənin ABŞ ilə İran arasında artan gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, bölgədə münaqişə riskini artıracaq addımlardan çəkinmək, dialoq və diplomatiya yolu ilə həll mexanizmlərini gücləndirmək zəruridir.

Ankara İranla ABŞ arasında artan gərginliyin hərbi toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədilə diplomatik təşəbbüslərini genişləndirir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi Ankaraya səfər edəcək. Səfər çərçivəsində onun türkiyəli həmkarı Hakan Fidanla görüşü planlaşdırılır. Görüşdə İran ətrafında yaranmış vəziyyət, ABŞ-dan səslənən hərbi təhdidlər və gərginliyin diplomatik yollarla aradan qaldırılması imkanları müzakirə olunacaq.