#silah yardımı

ABŞ Senatının Təxsisat Komitəsi İsrailə ən azı 3,3 milyard dollar hərbi yardım ayrılmasını və Fələstinə edilən maliyyə dəstəyinə yeni qadağaların qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Büdcə layihəsinə əsasən, İsrailə ayrılacaq vəsaitin 30 gün ərzində köçürülməsi və müasir silah sistemlərinin alınmasına sərf edilməsi planlaşdırılır. Sənəddə Fələstinə göstərilən təhlükəsizlik yardımları üçün sərt şərtlər müəyyən edilib.

Almaniyanın silah və hərbi texnika ixracının həcmi 2025-ci ildə Ukraynaya göstərilən hərbi yardımın azalması fonunda təxminən 8,40 milyard avroya enib. Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın sorğusuna cavab verən Almaniya İqtisadiyyat Nazirliyi hökumətin bu ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb. Məlumata əsasən, Almaniyanın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb.

ABŞ Tayvana raketlər və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla, ümumi dəyəri 10 milyard dollardan artıq olan silah satış paketini açıqlayıb. ABŞ Dövlət Departamenti Tayvana silah satışına dair qərarı prezident Donald Trampın “Millətə müraciət” çıxışı zamanı elan edib. Məlumata görə, paketə 82 ədəd HIMARS raket sistemi, 420 ədəd ATACMS (Quru Taktiki Raket Sistemi), 60 ədəd haubitsa sistemi, bu silahlara aid avadanlıqlar, eləcə də pilotsuz uçuş aparatları daxildir.

Almaniyada Protestant və Katolik kilsələri tərəfindən yaradılan Kilsə və İnkişaf üzrə Birgə Konfrans (GKKE) Almaniya hökumətinə İsrailə silah ixracının həyata keçirilməməsi çağırışı edib. GKKE-nin həmsədrləri Karl Yüsten və Anne Gidion paytaxt Berlində “29-cu Silah İxracı Hesabatı” ilə bağlı mətbuat konfransı keçiriblər. Katolik Kilsəsinin nümayəndəsi Karl Yüsten çıxışı zamanı bildirib ki, GKKE hökuməti Qəzza zolağında istifadə oluna biləcək silahların, bölgədəki vəziyyət kifayət qədər sabitləşənədək və bu silahların beynəlxalq humanitar hüququn ciddi pozuntularında istifadə olunma riski aradan qalxanadək İsrailə təhvil verilməməsinə çağırır. O vurğulayıb ki, hazırkı atəşkəs son dərəcə kövrəkdir.

ABŞ Dövlət Departamentinin, Kanadaya 2,68 milyard dollarlıq hava hücum silahları satışını təsdiqlədiyi bildirilib. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən (DSCA) Kanadaya mümkün hərbi satışla bağlı açıqlama verilib. Açıqlamada qeyd olunub ki, Dövlət Departamenti, Kanadanın “müdafiə qabiliyyətini gücləndirmək” məqsədilə 2,68 milyard dollar dəyərində hava hücum silahları və əlaqəli avadanlıqların satışına razılıq verib. Olası satışın, təlim bombaları və fünye sistemləri kimi maddələri əhatə edəcəyi vurğulanıb.

İspaniya hökuməti İsrailə qarşı “istisnasız” silah embarqosu tətbiq etməyi planlaşdırır. Hökumətdə həmçinin İsrailin yüksək vəzifəli rəsmilərinin – Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin persona non grata elan olunması ehtimalı müzakirə olunur.

Qərar, Qəzzada istifadənin qarşısını almaq məqsədi daşıyır. Merz çıxışında, “İsrailə Qəzzada istifadə oluna biləcək silahları verməyəcəyik” - deyə bildirib. Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti ötən gün Qəzza şəhərinin işğalı ilə bağlı yeni planı təsdiqləyib. Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq aləmdə, o cümlədən Türkiyə və Almaniyada kəskin reaksiyalara səbəb olub.