#Ərdoğan: Bu əsrdə türk dünyasının izini qoyacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən danışıqlardan və ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib. Dövlət başçısı Türkiyə–Özbəkistan münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.