#AzerGoldun qızıl və gümüş ixracından 32

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib. Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüş beynəlxalq bazarlarda satılıb və bu əməliyyat nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait daxil olub.