#Körfəz müttəfiqlərinin Trampı dayandırmaq cəhdi: İran planı dəyişə bilərmi?

Rəqiblərini və müttəfiqlərini daim intizarda saxlamağa çalışan bir prezident üçün onun xarici siyasətinin indiyə qədərki nəticələri ziddiyyətli olub. Vəzifəyə qayıtdığı ilk ildə beynəlxalq arenada bəzi uğurlar qazansa da, eyni zamanda aşkar uğursuzluqlarla da üzləşib. Ukrayna müharibəsindən tutmuş qlobal gömrük müharibələrinə qədər onun ümumi yanaşmasının uğuru haqqında mülahizə yürütmək hələ tezdir.