#Mərkəzi Asiya – Avropa enerji dəhlizi

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.