#Karakas ABŞ-ın Rusiya və Çin tələbinə yox dedi

ABŞ administrasiyasının Venesuelada yeni siyasi düzən formalaşdırmaq və ölkənin nəhəng neft ehtiyatlarını nəzarətə götürmək planları gözlənilməz maneə ilə üzləşib. Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Rodriqezdən İran, Çin və Rusiya ilə münasibətləri dərhal kəsməyi, həmin ölkələrin diplomatlarını və hərbi məsləhətçilərini ölkədən çıxarmağı tələb etsə də, Karakas bu çağırışlara hələlik müsbət cavab verməyib. Yanvarın əvvəlində keçirilən andiçmə mərasimində Rusiya və Çin nümayəndələrinin iştirak etməsi Rodriqezin mövqeyinin dəyişmədiyini göstərib.