#AQC-nin yeni İdarə Heyətinin iclasında mühüm qərarlar qəbul edilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeni İdarə Heyətinin 2026-cı il üzrə ilk iclası keçirilib. AQC-nin İctimaiyyətlə əlaqələr Departamentindən daxil olan məlumata görə, iclasda Cəmiyyətin İdarə Heyətinin sədri Vüqar Oruc çıxış edərək gündəlikdə olan məsələlər, qarşıdakı fəaliyyət planları və təşkilati prioritetlər barədə məlumat verib.