#Dövlət Məşğulluq Agentliyi məşğulluq nəticələrini açıqladı

Aktiv məşğulluq tədbirləri çərçivəsində işədüzəltmə mexanizmlərinin tətbiqi genişləndirilib. Aktiv məşğulluq tədbirlərindən biri olan işədüzəltmə prosesi Dövlət Məşğulluq Agentliyinin regional filiallarında və DOST mərkəzlərində həyata keçirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında məlumat verib.