#73 saniyəlik ümid: Challenger faciəsinin pərdəarxası və müəllim Kristanın hekayəsi

28 yanvar 1986-cı il, saat 11:38. ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan "Challenger" kosmik gəmisi səmada süzülməyə başlayanda milyonlarla insan ekran qarşısında bir tarixə şahidlik edirdi. Nyu-Hempşirdən olan 37 yaşlı tarix müəllimi Krista Makoliff kosmosun ilk mülki səyyahı olmağa hazırlaşırdı. Lakin bu həyəcanlı gözlənti cəmi 73 saniyə sonra bəşəriyyət tarixinin ən böyük kosmik faciələrindən birinə çevrildi.