#Misir gəmisi

Suriya bazar ertəsi günü elektrik enerjisi sistemini gücləndirmək məqsədilə İordaniyadan 140 milyon kubfut təbii qazın alınmasına dair saziş imzaladığını elan edib. Suriya Energetika Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir ki, təbii qazın alınması ilə bağlı müqavilə "Suriya Neft Şirkəti" (SPC) və "İordaniya Milli Elektrik Şirkəti" (NEPCO) arasında imzalanıb. Sazişin məqsədi Suriyanın elektrik enerjisi sistemini dəstəkləmək üçün İordaniya ərazisi vasitəsilə təbii qazın tədarükünü təmin etməkdir.