Mediasiya son illərdə Azərbaycanda mübahisələrin alternativ həlli üsulu kimi daha geniş tətbiq olunmağa başlayıb. Bu mexanizmin mərkəzində isə “könüllülük prinsipi” dayanır. Bəs bu prinsip praktikada necə işləyir? Məcburi mediasiya anlayışı ilə ziddiyyət təşkil edirmi? Bu və digər sualları hüquq eksperti ilə müzakirə etdik.
#könüllülük prinsipi
Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, əsas prinsipləri və vətəndaşlar üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verir. O, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa əsasən mediasiyanın tərəflərin könüllü razılığı və neytral mediatorun iştirakı ilə həyata keçirilən, məhkəmədənkənar alternativ mübahisə həlli mexanizmi olduğunu vurğulayır.