Çelsi klubu Kol Palmerin gələcəyi ilə bağlı yayılan iddialara qəti mövqe sərgiləyib. Palmer Çelsi üçün toxunulmaz futbolçu hesab olunur və klub onunla bağlı heç bir transfer təklifini nəzərdən keçirməyi planlaşdırmır. Çelsi gənc futbolçunun uzun illər komandanın əsas sütunlarından biri olacağına inanır.
#Kol Palmer
Kol Palmer "Çelsi"ni tərk etməyəcək. Əvvəl Britaniya mətbuatı məlumat vermişdi ki, yarımmüdafiəçi "Çelsi"də darıxır və "Mançester Yunayted"ə keçə bilər. 23 yaşlı oyunçu belə niyyətləri barədə London klubunun rəhbərliyinə məlumat verməyib. Keçən İngiltərə çempionatının ən yaxşı oyunçularından biri olan Palmer "Çelsi" üçün toxunulmazlardan hesab olunur, onu satmaq planlaşdırılmır