#Abu-Dabidə danışıqlarda əsas mübahisə Donbasdır

Rusiya Ukrayna və ABŞ-la Abu-Dabidə keçirilən danışıqlarda nəzarətində olmayan ərazilər də daxil olmaqla Donbasın tamamilə ona verilməsində israr edir. Reuters agentliyinin Kremlə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Moskva danışıqlarda “Ankoric formulu” adlandırılan sxemi irəli sürür. Rusiya tərəfi iddia edir ki, bu yanaşma ötən ilin avqustunda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş sammitdə razılaşdırılıb.