#Aqrar İnnovasiya Mərkəzi

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, AQTA sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçiriblər. Sərgidə aqrar innovasiyalar, süni intellekt əsaslı texnologiyalar, rəqəmsal kənd təsərrüfatı həlləri və beynəlxalq əməkdaşlıq imkanları nümayiş olunub. Tədbirdə yerli və xarici şirkətlərin stendləri ziyarət edilib, aqrar və qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi və məhsuldarlığın artırılması məsələləri diqqət mərkəzində olub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. H.Abbasov Agentliyin fəaliyyət istiqamətləri, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqamətində işsiz və işaxtaran şəxslərə təqdim olunan zərflər barədə məlumat verərək, bu mövzuda birgə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.