#ÖZƏL: Azərbaycan vətəndaşları keçən il Türkiyədən neçə ev alıb? – Rəsmi rəqəmlər

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 944 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 78 obyekt çoxdur. Məlumata görə, keçən ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 113 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 3 obyekt çoxdur. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.