#Vecihi Hürkuş: mübarizə

Türk aviasiyasının banisi və ilk baş pilotu kimi tanınan Vecihi Hürkuş türk aviasiya tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biridir. O, bütün həyatını uçuşa, texniki yeniliyə və milli aviasiyanın inkişafına həsr edib. Vecihi Hürkuş 18 yanvar 1896-cı ildə İstanbulda anadan olub. Gənc yaşlarından hərbi xidmətə başlayan Hürkuş Balkan müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib. Daha sonra İstanbul Ordu Komandanlığının qərarı ilə Beykoz Serviburun əsir düşərgəsinə komandir təyin olunub. Onun həyatında dönüş nöqtəsi isə Təyyarə Maşinisti Məktəbinə daxil olması olub. Məhz burada o, peşəkar pilot və aviasiya mütəxəssisi kimi formalaşıb.