#Tramp: İranda yeni liderlik vaxtıdır

ABŞ Prezidenti Donald Tramp İrana qoyduğu ultimatumun vaxtı daraldıqca, hərbi hədəflər və mümkün dağıntıların miqyası barədə yeni açıqlamalar verib. Prezident hücum siyahısında olan obyektlərin taleyinin birbaşa Tehranın verəcəyi qərardan asılı olduğunu vurğulayıb. "Mən sizə əməliyyatın hədəfləri, razılaşma əldə olunmadan vaxt bitdikdən sonra hansı körpünün və ya hansı elektrik stansiyasının məhv ediləcəyi barədə danışmaq istəmirəm. Əgər məcbur qalmasam, İranın infrastrukturunu məhv etmək niyyətində deyiləm."-deyə Tramp bildirib.

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən iğtişaşlarda yenidən ABŞ-ni günahlandırıb və bildirib ki, Tehran “müharibə istəmir”, lakin “ölkə daxilində iğtişaş törədənlərə göz yumulmayacaq”.Etirazların başlamasından sonra üçüncü dəfə çıxış edən Xamenei deyib ki, Vaşinqton öz maraqları naminə müxtəlif hazırlıqlar və vasitələrlə ölkədə “fitnə” yaradıb. Onun sözlərinə görə, bu addımlar “yetərli deyil” və ABŞ buna görə “məsuliyyət daşımalıdır”.