#Tarixdə bu gün: Millətlər Liqasına aparan danışıqlar

1919-cu il yanvarın 18-də Fransanın paytaxtı Parisdə Birinci Dünya müharibəsindən sonra beynəlxalq nizamı müəyyənləşdirəcək sülh konfransı öz işinə başladı. Paris Sülh Konfransı müharibənin rəsmi şəkildə başa çatmasını təmin etmək məqsədilə çağırılmışdı və dünya tarixinin ən mürəkkəb diplomatik danışıqlarından biri hesab olunur. Növbəti altı ay ərzində əsas qərarlar qalib dövlətlərin – Fransa, Böyük Britaniya, ABŞ və İtaliyanın liderləri tərəfindən qəbul edildi.