#İranda etiraz aksiyaları

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

ABŞ-ın Virciniya ştatı mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlərə qarşı keçirilən etiraz aksiyalarında həyatını itirənlərin sayının 3 min 90-a yüksəldiyini açıqlayıb. İran rəsmiləri indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, daha əvvəl yayılan məlumatlarda, hadisələri təxribat məqsədilə yönləndirdiyi və ya terror təşkilatları ilə əlaqəli olduğu iddia edilən təxminən 3 min nəfərin saxlanıldığı bildirilmişdi.

İranda iqtisadi problemlərə etiraz olaraq başlayan aksiyalar fonunda 8 yanvar tarixində baş verən zorakılıq hadisələrindən sonra tətbiq edilən internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə ləğv olunacağı bildirilib. Rəsmilər qeyd ediblər ki, internetə tətbiq edilən məhdudiyyətlər xaricdəki müxalif şəbəkələrin ölkə daxilindəki əlaqələrini ciddi şəkildə zəiflədib. Bu isə hadisələrin nəzarət altına alınmasında və terror hüceyrələrinin mümkün fəaliyyətlərinin qarşısının alınmasında mühüm rol oynayıb.