#Regional sülh

Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb. Danışıq zamanı regional vəziyyət və sülh səyləri müzakirə olunub. Şərif İslamabadın təşəbbüslərinə göstərilən dəstəyə görə vəliəhdə təşəkkür edib. Tərəflər danışıqların növbəti mərhələsinin dialoq və diplomatiya prinsipləri əsasında davam etdirilməsinin vacibliyini vurğulayıblar. Pakistanın Baş naziri sülh prosesinə mane ola biləcək cəhdlərə qarşı ayıq olmağın vacib olduğunu bildirib. O, həmçinin Səudiyyə Ərəbistanının böhran dövründə sabitlik nümayiş etdirdiyini qeyd edib. Şərif Ər-Riyadın regional sülhə verdiyi töhfəni yüksək qiymətləndirib. Tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini bir daha vurğulayıblar.

Bu gün sübh namazına qalxanda balaca oğlum Osmanın məsum yatışına baxdım. Daha sonra İranda müharibə olmasını səbirsizlik ilə gözləyən insanlar göz önümə gəldi. Müharibə harada olur olsun dəhşət və qırğın deyilmi? Qopmuş bədənlər, yetim qalmış uşaqlar, ana atasını itirmiş ortalıqda qalan körpələr deyilmi? Xaos deyilmi? Qəzza göz önündə olmadımı? Suriya on dörd il zülm zillət yaşamadımı? İraqda insanlar işgəncə görmədimi? Bunun siyasət tərəfini demirəm. Mən də bununla bağlı gündə bir neçə müsahibə verirəm, insan olma tərəfini deyirəm. Nə üçün evində yatan körpələrin üzərinə bombalar yağsın? Nə üçün iffətlər korlansın? Heç bir ölkə daxilində iqtisadi problemlər xarici müdaxilə ilə həll edilməyib?