#Vatikan Venesuela liderinin Rusiyaya çıxış yolunu müzakirə edib

Vatikan ötən ilin dekabr ayının sonunda ABŞ-ı Venesuela Prezidenti Nikolas Maduroya ölkəni tərk etmək və Rusiyada siyasi sığınacaq almaq imkanı verməyə razı salmağa çalışıb. Danışıqları Müqəddəs Taxt-Tacın dövlət katibi, italiyalı kardinal Pyetro Parolin aparıb. O, Milad bayramı ərəfəsində ABŞ-ın Vatikandakı səfiri Brayan Berçi təcili şəkildə qəbul edərək Vaşinqtonun Venesuela ilə bağlı planları ilə maraqlanıb.