Dünyada su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyinin davam etməsi nəticəsində yaranan ekzogen təsirlər Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. O qeyd edib ki, ölkədə su təhlükəsizliyinin qorunması, su ehtiyatlarının dayanıqlığının artırılması və bu sahədə müasir, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib.
#Arzu Süleymanov
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Bu gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.