ABŞ-ın bir sıra ştatlarında Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının fəaliyyətinə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara səbəb yanvarın əvvəlində Minnesotanın Minneapolis şəhərində ICE reydi zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Gudun güllələnərək öldürülməsi olub. Yanvarın 9-da minlərlə insan “ICE out of MPLS” şüarı ilə Minneapolis küçələrinə çıxıb. Etirazçılar, ABŞ mediasının məlumatına görə, ICE əməkdaşlarının qala biləcəyi ehtimal olunan azı iki otelin qarşısında da toplaşıblar.