#Qahirə

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.

Misir ərəb dövlətlərinin dəstəyini alaraq xarici təcavüzdən müdafiə məqsədilə NATO-ya bənzər hərbi ittifaq yaratmağı planlaşdırır. Məlumata görə, Qahirə ittifaqda lider mövqeyini tutmaq üçün təqribən 20 min hərbçisini birgə orduya daxil etməyi təklif edib. İkinci ən böyük kontingentin Səudiyyə Ərəbistanına, üçüncü yerin isə Körfəz ölkələrindən birinə ayrılması nəzərdə tutulur.

Misir ordusu Sinay yarımadasında hərbi varlığını gücləndirib. Rəsmi məlumatlara görə, bölgəyə 40 minə yaxın əsgər yerləşdirilib. Bu rəqəm, 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsində nəzərdə tutulan limiti təxminən iki dəfə üstələyir. Qərarın səbəbi Misirin narahatlığı ilə bağlıdır. Rəsmi Qahirə ehtiyat edir ki, İsrailin Qəzzanı tam işğal planı fələstinlilərin kütləvi şəkildə Şimal Sinaya köçməsinə gətirib çıxara bilər. Yüksək vəzifəli hərbi mənbənin sözlərinə görə, Misir ordusu “son illərin ən yüksək döyüş hazırlığı vəziyyətinə” gətirilib. Bu qərar prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə, Silahlı Qüvvələrin Ali Şurası və Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul olunub.

İsrailin Baş naziri Benyamin Netanyahu Misirlə qaz sazişinin onun razılığı olmadan davam etdirilməsinə qarşı çıxıb. Qəzetin yazdığına görə, hökumət yaxın günlərdə müqavilənin davam etdirilmə imkanlarını və şərtlərini ayrıca müzakirə edəcək. Netanyahu isə qazın Misirə ixracına dair mövcud sazişin yenidən araşdırılması barədə qərar qəbul edib.

Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib. Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Qəzza zolağında vəziyyətin gərginləşməsindən bəri Misir zaman-zaman müxtəlif hərbi siqnallar göndərir. Bu addımlarla ölkə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzü dəf etməyə qadir olduğunu nümayiş etdirir. Misirli hərbi rəsmilər İsrailin adını açıq çəkməsələr də, bu mesajların hamısı dolayı yolla İsrailə ünvanlandığı kimi şərh edilir. Ən diqqətçəkən addımlar arasında Şimali Sinay bölgəsinə ağır texnikanın gətirilməsi və Rafah sərhəd-keçid məntəqəsi yaxınlığında əsgərlərin sayının artırılması var.