#Venesuela nefti üzrə məhdudiyyətlər sərtləşir: Atlantikdə yeni insident

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Venesuela ilə əlaqələndirilən, Rusiya bayrağı altında üzən “Marinera” neft tankerini Şimali Atlantikdə ələ keçirib. ABŞ-ın Avropa Komandanlığı tankerə nəzarətin ABŞ sanksiyalarının pozulması iddiası ilə götürüldüyünü bildirib. Məlumata görə, tanker daha əvvəl “Bella-1” adı ilə tanınıb və ABŞ tərəfi onu sanksiyalardan yayınmaqda istifadə edilən “kölgə donanması”nın tərkib hissəsi kimi təqdim edir. ABŞ rəsmiləri bildiriblər ki, tanker Venesuelaya gedib-gələn sanksiyalı gəmilərə qarşı dəniz məhdudiyyətlərini yarıb və Sahil Mühafizəsinin göyərtəyə çıxmaq cəhdlərini rədd edib.