#Mətbuat assosiasiyası İsrailin Qəzzaya media qadağasını pisləyib

Beynəlxalq media assosiasiyası İsrail hökumətinin Qəzzaya jurnalistlərin sərbəst girişinə qoyduğu qadağanı atəşkəsə baxmayaraq davam etdirməsini kəskin tənqid edib. Foreign Press Association (Xarici Mətbuat Assosiasiyası – FPA) çərşənbə axşamı yaydığı bəyanatda İsrail hökumətinin mövqeyindən “dərin məyusluq” ifadə edib. Bildirilib ki, hökumət iki gün əvvəl Ali Məhkəməyə təqdim etdiyi mövqedə qadağanın “təhlükəsizlik səbəbləri” ilə qüvvədə saxlanılmalı olduğunu bəyan edib.